İspaniyanın La Palma adasında 18 gündür aktiv olan Kumbre Vieja Vulkanı, lava və kül tökməyə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, lavanın bütün ada boyunca 434 hektar əraziyə yayıldığı bildirilib.
Vulkandakı kraterin bir hissəsinin çökməsi səbəbindən lava axını artıb. Kanarya Adaları Vulkanologiya İnstitutunun (INVOLCAN) verdiyi açıqlamaya görə, 19 sentyabrdan bu yana vulkandan təxminən 250 min ton kükürd dioksid buraxılıb.
Rüqəyya Orucova