Kosmosda film çəkməyi planlaşdıran Tom Kruzun xəyalları suya düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ruslar, Kruzun yerinə kosmosda film çəkən ilk komanda olub. Rus aktrisa Yulia Peresild isə kosmosda film çəkən ilk aktrisa olub.
Amerikalı aktyor Tom Kruise bu ay Elon Musk-ın SpaceX raketi ilə Beynəlxalq Kosmos Stansiyasına (ISS) gedəcək və kosmosda çəkilən ilk filmə imza atacaqdı. Lakin pandemiya səbəbindən "Missiya təhlükəsi 7" filminin çəkilişləri uzadıldıqdan sonra layihə 2022-ci ilə təxirə salınıb. Rus aktrisa Yulia Peresild də Tom Kruise -dən "kosmosda film çəkən ilk aktrisa" adını alıb.
Rüqəyya Orucova