Eynşteynin yadplanetlilər üzərində təhsil aldığı iddia edilir

6 Oktyabr 2021 12:40 (UTC+04:00)

Alman alim Albert Eynşteynin 1947-ci ildə ABŞ-ın Nyu-Meksika ştatının Rosvell şəhərində UFO (naməlum uçan cisim) qəzasının baş verdiyi yerə bələdçi turuna rəhbərlik etdiyi iddia edilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu səfərdə Eynşteynə yoldaşlıq edən katib dr. Şirley Vrightin ictimai rəyə yeni açıqlanan səs yazılarında özünə və Eynşteynə 5 yad cisim göstərildiyini söyləyib.

Eynşteynin əsl dəlilləri görməkdən heç də narahat olmadığını ifadə edən Vright, "İlk şərhlərimi qeydlərimə yazmadım, amma Eynşteyin yadplanetlilərin yerə gəlməsinə təəccüblənməməklə bağlı bir şey söylədi. Bu hadisə kainat haqqında daha çox şey öyrənə biləcəyimizə ümid verdi və bunun hər iki dünyamız üçün faydalı olacağını" iddia etdi.

1920-ci ildə verdiyi bir müsahibədə Eynşteyn, insanların kainatda tək olmadığını ifadə edərək, “Marsın və digər planetlərin məskunlaşdığını düşünmək üçün hər cür əsas var. Niyə Yer insan həyatını dəstəkləyən yeganə planet olmalıdır?”-dedi.

Rüqəyya Orucova