Hər 5 gəncdən biri depressiyaya düşür UNICEF

6 Oktyabr 2021 11:17 (UTC+04:00)

UNICEF və Gallupun 21 ölkədə apardığı araşdırmalara görə, Covid-19 pandemiyası gənclərin psixi sağlamlığına mənfi təsir göstərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 15-24 yaş qrupundakı hər 5 nəfərdən biri tez-tez depressiyaya düşür.

UNICEF 10-19 yaş arası gənclərin yüzdə 13-dən çoxunun (cəmi 166 milyon yeniyetmə) diaqnoz qoyulmuş bir ruhi xəstəliklə yaşadığını təxmin edir. Hesabatda, Kamerun və Malidə hər 3 gəncdən birinin müntəzəm olaraq depressiyaya düşdüyü ifadə edilərkən, İngiltərədə hər 5 nəfərdən 1-i, Efiopiya və Yaponiyada hər 10 nəfərdən biri eyni hissləri yaşadığı deyilir.

Digər tərəfdən, son rəqəmlərə görə, hər il 46 min gənc intihar nəticəsində ölür.

Rüqəyya Orucova