İraqın paytaxtı Bağdadda bir zoopark işçisi yemək verdiyi ayının hücumu nəticəsində ölüb. SİA xarici mətbuata istinadən xəbər evrir ki, zoopark rəhbərliyinin "Facebook" hesabında verilən açıqlamada, zoopark işçilərindən olan Hasan Əl Həsənin qəfəsdəki ayıya yemək verərkən ayının qəfil hücumu nəticəsində öldüyü bildirilib.
Açıqlamada Əl Həsənin işinin bilicisi olduğu və qəfəsdəki ayının qarşısındakı boş qabı çəkib yemək qabını ona verməyə çalışarkən qəflətən ayı tərəfindən hücuma məruz qaldığı qeyd edilib. Həmkarları hücuma məruz qalan Əl Həsəni xilas etmək üçün dərhal hərəkətə keçərək qəfəsdən çıxardığı, lakin Əl Həsənin aldığı yara səbəbilə həyatını itirdiyi bildirilib.
Rüqəyya Orucova