İlk dəfə bionik qulaqla eşitdi

6 Oktyabr 2021 10:43 (UTC+04:00)

Türkiyənin Trabzon şəhərində anadangəlmə eşitmədən əziyyət çəkən 2 yaşlı Əfqanıstan vətəndaşı İlyas Hüseyni, Karadeniz Texniki Universitetinin Farabi xəstəxanasında ilk dəfə daxili qulağına yerləşdirilmiş bionik qulaq (Koklear İmplant) ilə eşitməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük, anadangəlmə eşitmə itkisi olan 2 yaşındakı İlyas Hüseyninin müalicəsi üçün KTU Tibb Fakültəsi Farabi Xəstəxanasına müraciət edib.

Körpənin daxili qulaq sinirlərinin zədələnməsi səbəbindən hər iki qulağında ağır eşitmə itkisi olduğu diaqnozu qoyulub. Müayinələrdən sonra 1,5 ay əvvəl əməliyyat olunan uşağın sol qulağına "Bionik qulaq" (Koklear İmplant) taxılıb. Burada bir sıra testlərə məruz qalan İlyas Hüseynini ilk dəfə eşitməyə başlayıb. Əfqan ailəsi xəstəxana işçilərinə və həkimlərə təşəkkür edib.

Rüqəyya Orucova