Monteneqroda “Türkiyə filmləri günləri”

6 Oktyabr 2021 05:54 (UTC+04:00)

Oktyabrın 7-dən Yunus Əmrə İnstitutunun (YEE) təşkilatçılığı ilə Monteneqroda “Türkiyə filmləri günləri” keçiriləcək.

SİA xəbər verir ki, 7-29 oktyabr tarixlərində türk filmləri Monteneqronun ən çox izlənilən və bütün Balkan ölkələrində yayımlanan “Prva” kanalında altyazı ilə nümayiş olunacaq.

Yunus Əmrə İnstitutu bununla türk kinosunun nümunələrini böyük tamaşaçı kütləsinə çatdırmağı hədəfləyir. COVID-19 pandemiyası dövründə Türkiyə istehsalı olan “Bütün xoşbəxtliklər mümkündür”, “Pul qoxusu” və “Bizim üçün çempion” filmləri Balkan ölkələrində kino həvəskarlarına təqdim ediləcək.

Oktyabrın 29-u Türkiyə Cümhuriyyət Bayramında isə “Ərtoğrul 1890” filminin xüsusi nümayişi olacaq.