Fizika sahəsi üzrə Nobel mükafatı laureatları

5 Oktyabr 2021 22:21 (UTC+04:00)

Oktyabrın 5-də İsveçin paytaxtı Stokholm şəhərində 2021-ci il fizika sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir

Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2021-ci il üzrə Nobel mükafatının “mürəkkəb fiziki sistemlər haqqında anlayışımıza böyük töhfələr verdiklərinə görə”, alimlər Syukuro Manabe, Klaus Hasselman və Corco Pariziyə verildiyini elan edib.