2020-ci il 27 sentyabrda Azərbaycan Vətən müharibəsinə başladı. Cəmi 44 gün davam edən müharibə ordumuzun qələbəsi ilə başa çatdı. Bu il qazanılan parlaq qələbədən nə az, nə çox düz bir ötür. Bəs bu Zəfər tarixi ilə bağlı şəhər sakinlərinin təəssüratları necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:
Paytaxt sakini Yavər Mustafayev: "Azərbaycan Prezidenti, Ali Baş Komandan və ordumuz bu qələbəni bizə bəxş etməklə çox böyük iş gördülər. Ümumiyyətlə, götürsək Sovet hökuməti zamanı nə qədər münaqişə zonaları var. Heç bir adam bir qarış da torpaq götürə bilməyib. Bunu ancaq bizim Prezidentimiz və ordumuz edə bildi. Qarabağı qaytardılar. Bu, çox sevindirici oldu. Buna görə, çox xoşbəxtəm. Artıq torpaqlarımızın işğal tarixini yox, azad olunma tarixini qeyd edəcəyik. Allah şəhidlərimizə rəhmət etsin! Qazilərimizə də şəfa arzu edirəm!"
Paytaxt sakini Ağadövlət Muradov: "Onu demək istərdim ki, vaxt var idi, torpaqlarımız işğal altında
idi. Kədərimiz çox idi. Cənab Prezident, Ali Baş Komandan öz gücü, xalqımızın gücü və əsgərlərimizin gücü ilə torpaqlarımızı qaytardı. Bizə çox böyük sevinc hissi yaşatdı. Allah Prezidentimizin canını sağ etsin! Biz həmişə onun yanında olacağıq".
Paytaxt sakini Nicat Hacıyev: "Bu işdən çox sevincliyik. Sevincliyik ona görə ki, torpaqlarımız geri qaytarıldı. Qələbə günlərimizi hər zaman qeyd edəcəyik. Bu, çox qürurverici bir hadisədir".
Paytaxt sakini Elşən Əliyev: "Məlum məsələdir ki,
tarixi hadisədir. Azərbaycan üçün şərəfdir, qeyrətdir, mənlikdir, gələcək həyat deməkdir, gələcək xoşbəxtlik deməkdir".
Paytaxt sakini Ülvi Rəhimov: "Bu müharibədə qalib onsuz da biz olmalıydıq. Yoxsa o şərəfsizlər bizə qalib gələsi deyildi ki, əlbəttə, biz qazanmalıydıq və qazandıq. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə də şəfa diləyirəm".
Paytaxt sakini İsmayıl Səmədov: " Müharibənin ilk günündən bilirdik ki, bu qələbə bizim olacaq.
Düşmən bizə bata bilməzdi. Bata bilmədi də. Bundan sonra ərazilərimizin işğal təqvimini yox, azad olma təqvimini vüqarla, sevinclə qeyd edəcəyik".
Paytaxt sakini Nüşabə Mirzəyeva: "Allah şəhidlərimizə rəhmət etsin! Qazilərimizə Allahdan şəfa diləyirik. Allah Prezidentimizə və birinci xanıma cansağlığı versin ki, bu xoşbəxtliyi bizə bəxş etdilər. Həmişə cənab Prezidentin arxasında olacağıq".
Paytaxt sakini İsimxan Abbasov: "Ümumiyyətlə, müharibənin olması vacib idi. Bunun alternativi yox idi. Düşmən torpağı müharibəsiz verməzdi. Amerikada və Avropa Birliyində olan ermənilər daha aqressiv şəkildə azərbaycanlıları aşağılayırdılar. Yəni bir növ təhqir edirdilər. Müharibənin olması Azərbaycan xalqında birlik yaratdı, milli ruh yaratdı, həm də qələbə qazanmağımız o, xaricdə oturan erməni diasporuna ciddi zərbə vurdu. Ətrafda Azərbaycanın düşməni olan ölkələr var ki, onlara zərbə oldu. Qalib olmaq, həqiqətən də çox gözəl hissdir".