"Baku Bus"ın avtobusu piyadanı vurdu

5 Oktyabr 2021 12:40 (UTC+04:00)

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 4-də saat 19 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Neftçala rayon sakini N.Hüseynov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Qardaşəli Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.