Zukerberq sosial şəbəkə istifadəçilərindən üzr istədi

5 Oktyabr 2021 04:17 (UTC+04:00)

“Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində yaranan problemə görə sosial şəbəkələrin istifadəçilərindən üzr istəyib.

Qeyd edək ki, “Facebook”, “WhatsApp”, “Instagram”da problem yaranmışdı. Sosial şəbəkə platformalarındakı nasazlıq təqribən altı saatdan sonra aradan qaldırıldı.