“Facebook” işçiləri şirkət binasına buraxılmır

5 Oktyabr 2021 00:26 (UTC+04:00)

"Facebook” şirkətinin işçiləri sosial şəbəkənin işində yaranan problemi öyrənmək və mövcud vəziyyəti qiymətləndirmək üçün şirkət binasına daxil ola bilmirlər.

Bu barədə “New York Times” nəşrinin müxbiri Şira Frenkel məlumat verib.

Onun sözlərinə görə, işçilərin binaya giriş kartı şirkətin qapılarını açmır.