Son 24 saatda Braziliyada 225, Meksikada 211, Kolumbiyada 29, Argentinada 6, Peruda 14, Çilidə 10, Qvatemalada 30 adam ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Latın Amerikası ölkələrində yeni növ koronavirus (Covid-19) hadisələri və virusla əlaqəli itkilər artmaqda davam edir.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 225 ölüm, virusdan ölənlərin sayı 597 948-ə qalxıb, 9004 yeni yoluxma hadisəsinin qeydə alındığı ölkədə ümumi yoluxma sayı 21 000000 468 121-ə yüksəlib.
ABŞ-dan sonra dünyada Covid-19-dan ən çox ölüm sayının qeydə alındığı Braziliyada sağalanların sayı 20 milyon 442 min 653 olaraq açıqlanıb.
Meksika Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində Covid-19 səbəbi ilə 211 nəfər ölüb, 2 min 980 yeni hal aşkar edilib. Epidemiyada ölənlərin ümumi sayı 278 min 801, hadisələrin sayı 3 milyon 681 min 960, sağalanların sayı isə 3 milyon 35 min 521 olaraq qeyd edilib.
Covid-19 məlumatlarının toplandığı "Worldometers" saytına görə, əhalisi 126 milyondan çox olan Meksika, ən çox yoluxma halı olan 15-ci ölkədir.
Rüqəyya Orucova