Koronavirusdan ölənlərin ailələrinə 674 dollar təzminat verilib

4 Oktyabr 2021 17:18 (UTC+04:00)

Hindistan hökumətinin yeni növ koronavirus səbəbi ilə həyatını itirənlərin ailələrinə 674 dollar təzminat ödəyəcəyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Ali Məhkəməsi, Covid-19 epidemiyası səbəbi ilə hər ölüm üçün 674 dollar (50,000 rupi) təzminat ödəməklə bağlı hökumətin qərarını qüvvədə saxlayıb.

Ali Məhkəmənin qərarı, bir qrup vəkilin Covid-19 ölümünə görə təzminat istəməsindən sonra gəlib.

Abutel İsmayıllı