Cəhənnəmin dibi görüntüləndi

4 Oktyabr 2021 16:50 (UTC+04:00)

Yəməndə yerləşən Berehut quyusu olaraq da bilinən 112 metrlik “Cəhənnəm quyusu”nun dibinə ilk dəfə bir ekspedisiya enib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cin həbsxanası və ya dünyanı məhv edə biləcək bir vulkan olduğu düşünülən "Cəhənnəm quyusu"nun dibi ilk dəfə çəkilib. Oman mağara kəşfiyyat Berehut quyusu, digər adı ilə “Cin quyusu” üçün bir ilkə addım atıb. Kəşfiyyatçılar, 112 metrlik "Cəhənnəm Quyu"nun dibinə enən ilk insanlar olub.

Bölgədə "Cəhənnəm quyusu" haqqında bir çox əfsanə var. Bəziləri bataqlığın cinlər üçün bir həbsxana olduğunu iddia edərkən, digərləri bu çuxurun Yer kürəsini məhv edə biləcək super bir vulkan olduğuna inanır. Çuxurdan pis qoxular gəldikdən sonra cəhənnəmə açılan bir qapı olduğu düşünülür və məşhur adı belə verilir. Tədqiqatçılar tərəfindən nəşr olunan nəticələr çuxur haqqında söylənilənlərin nə qədər təsəvvürlü olduğunu ortaya qoyub.

Abutel İsmayıllı