"Facebook"un keçmiş əməkdaşı şəxsiyyətini açıqlayıb

4 Oktyabr 2021 16:43 (UTC+04:00)

Minlərlə daxili yazışmaları və sənədləri mətbuata sızdıran "Facebook"un keçmiş əməkdaşı şəxsiyyətini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Facebook"u ifşa edən keçmiş işçi Frances Haugen "Şirkətin prioriteti nifrət və saxta xəbərlərlə mübarizə aparmaq deyil, qazanc əldə etməkdir" deyib.

"Facebook"un dezinformasiya bölməsinin keçmiş əməkdaşı, 37 yaşlı Frances Haugen, bazar günü Amerika CBS televiziyasında sənədləri özü sızdırdığını söyləyib və bu dəfə şirkətə qarşı ittihamları şəxsən səsləndirib. Haugen, Amerikanın "Wall Street Journal" qəzetinə sızdırdığı sənədlərin "Facebook"un təhlükəsizlikdən daha çox böyüməyə üstünlük verdiyini sübut etdiyini dedi.

Sızan sənədlərdən bəziləri, "Facebook"un məzmun nəzarəti baxımından bəzi məşhur və izləyicilərinə digər istifadəçilərdən fərqli yanaşdığını ortaya qoyur.

"Facebook"un verdiyi açıqlamada, bu sənədlərin aldadıcı təəssürat verdiyi və şirkətin müsbət fəaliyyətini əhatə etdiyi vurğulanıb.

Rüqəyya Orucova