“Arif Hacılı ümumiyyətlə azərbaycanlı deyil və onun partiya sədri olmağa mənəvi haqqı yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Müsavatda özü və qardaşından başqa heç kim yoxdur: “Bunu hər kəs bilməlidir. Arif Hacılının hay-küyü heç onun öz ətrafına çatmır. Satqının, avaranın biridir. Ümumiyyətlə ona fikir vermək lazım deyil. Sadəcə olaraq bəzi şəxslər onu şişirdirlər”.
H.Hacıyev vurğulayıb ki, Müsavat adlı partiya artıq yoxdur: “Partiyada Qənbərov İsa vardı, o da ölü meyitdir. Yenə qeyd edirəm ki, Arif Hacılının isə partiyada özündən başqa heç kim yoxdur. Nə onu danışdırmağa, nə də ona salam verməyə dəyməz”.