Ümumdünya Poçt Günü münasibətilə güzəşt kampaniyası keçirilir

4 Oktyabr 2021 13:24 (UTC+04:00)

"Azərpoçt" MMC-dən SİA-ya verilən məlumata görə, 9 oktyabr – Ümumdünya Poçt Günü münasibətilə güzəşt kampaniyası keçirilir. Belə ki, Rusiya Federasiyasına göndərilən EMS (sürətli poçt rabitəsi xidməti) göndərişlərinin tariflərinə oktyabr ayı ərzində 50%-dək endirim edilir. Qeyd edilən ölkəyə EMS-lə göndəriş edən hər kəs bu fürsətdən yararlana bilər.

Xatırladaq ki, EMS fiziki poçt xidmətləri növlərindən ən sürətlisidir. Bu xidmət vasitəsilə məktubların, sənədlərin və malların qısa zamanda yığılması, daşınması və çatdırılması həyata keçirilir.