"Bu gün Cənubi Qafqazda sülh və sabitlik vacib zərurət olsa da hələ ki, yalnız birtərəfli olaraq rəsmi Bakının səyləri nəzərə çarpır. Ermənistanın fəaliyyəti isə hələ ki, yalnız təhlükəli manipulyasiyalar etməkdən ibarətdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi erməni diasporunun kifayət qədər güclü olduğu Avropa və Latın Amerikası regionu auditoriyasına reallığı bir daha qavramaqda kömək oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, rəsmi Bakının 44 günlük müharibədə və sonrakı dövrdə aşkar üstünlüyünə baxmayaraq cənab İlham Əliyevin müsahibəsində bəyan etdi ki, Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq niyyətini, dərhal sərhədlərimizin delimitasiyası və bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazır olduğunu bəyan edir: "Yəni, qalib dövlətin müzəffər Ali Baş Komandanı faktiki olaraq məğlub tərəfə böyük humanistlik göstərib ikinci şans verir. Belə bir fonda İrəvanın qeyri-adekvat mövqeyi aşkardır ki, kənar qüvvələrin sülh və sabitlik üçün təhdid yaradan bəyanat və vədlərindən qaynaqlanır. Cənab Prezidentin də vurğuladığı kimi, biz daimi sülh üçün təhdid sayılan məlum "status" bəyanatlarını İrəvandan yox, münaqişəyə aidiyyatı olmayan üçüncü tərəflərdən eşidirk. Əlbəttə ki, bu mövqe son nəticə olaraq Ermənistanın özünü təhlükəyə atır. Baxmayaraq ki, Azərbaycan davamlı düşmənçilik niyyətində deyil, münaqişə səhifəsini geridə qoymaq niyyətimiz ali səviyyədə bəyan olub. Üstəlik, paraktik olaraq bu gün Bakıda Qarabağdan daha çox erməni yaşayır. Cənab Prezidentin qeyd etdiyi kimi, eləcə də "Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq".
"Üstəlik, heç Qarabağ erməniləri özləri də Azərbaycana təhlükə mənbəyi kimi baxmır, əksinə, münaqişə başa çatdıqdan ay sonra artıq Azərbaycan tərəfə iş üçün xeyli erməni mənşəli vətəndaşın müraciətləri daxil olub. Belə bir situasiyada "status" bağlı bəyanatlar normallaşma prosesinə kənardan maneədir və Ermənistanda bəzi dairələr məhz bu kimi əsassız müdaxilələrdən cəsarətlənirlər. Şübhəsiz ki, hərbi potensialının əsas hissəsi məhv edilmiş Ermənistanın belə bir şansı yoxdur və bu reallığı hər kəsdən əvvəl İrəvan və ehtiyatsız addımlar atan üçüncü tərəflər anlamalıdır".
Ayşən Vəli