“...Beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən Ukrayna Prezidentinin maliyyə maxinasiyalarının ifşa edilməsi Vladimir Zelenskinin ikinci müddətə ölkə prezidenti seçilmək xəyallarına son qoyur”.
Qeyd edək ki, Ukraynanın “Yeni Gün” nəşrinin verdiyi məlumata görə, bunu ukraynalı siyasi-mühacir İqor Qujva bildirib.
Xatırladaq ki, ötən gün ingilislərin “The Guardian” nəşri də Vladimir Zelenskinin xaricdəki gizli hesabları ilə bağlı geniş bir araşdırma dərc edib.
Bu arada rusların “RİA Novosti” agentliyi öz qaynaqlarına istinad edərək, “Zelenski haqqında məqalələrin artıq dünyanın aparıcı medialarında dərc olunduğunu” bildirib.
Maraqlıdır ki, Zelenski ilə bağlı dərc olunan materiallarda potensial olaraq onun gələcək aqibətinin Poroşenkodan da daha pis nəticələrə səbəb olacağı ehtimal olunur.
Ağasəf