Prezident Bərdə şəhərinə gəlib

3 Oktyabr 2021 23:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.

SİA xəbər verir ki, dövlətimizin başçısı Bərdə rayonuna gəlib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.