Prezident Tərtər sakini üşün inşa edilmiş yeni evdə yaradılan şəraitlə tanış olub

3 Oktyabr 2021 22:53 (UTC+04:00)

Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. SİA-nın məlumatına görə, dövlət başçısı səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.