“TikTok”da 2 milyondan çox izləyicisi olan Gabriel Salazar lüks avtomobili ilə qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, meksikalı “TikTok” fenomeni, 19 yaşlı gənc idarə etdiyi avtomobil ağaclara çırpılıb, yuvarlanıb və partlayıb. Alova bürünmüş avtomobildə olan Salazar və daha 3 nəfər həyatını itirib.
Qeyd edək ki, lüks avtomobildə ölən digər üç nəfərin qanunsuz mühacirlər olduğu bildirilib.