Yeni formulaya ehtiyac ola bilər

3 Oktyabr 2021 19:24 (UTC+04:00)

Koronavirusa qarşı peyvənd hazırlayan Alman "BioNTech" biotexnologiya şirkətinin qurucularından olan prof. Dr. Uğur Şahin koronavirus peyvəndi ilə bağlı diqqətəlayiq açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Uğur Şahin, koronavirusun mutasiyaya davam edəcəyini və yeni bir formulaya ehtiyac olacağını deyib. "Bu il yeni bir peyvənd hazırlamağa ehtiyac qalmadı" deyən Şahin, gələn ilin ortalarına qədər vəziyyət dəyişə bilər deyib.