Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

3 Oktyabr 2021 16:43 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 949 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 006, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 943 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 736 939, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 142, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 928 797 təşkil edir.