"Taliban" lisenziyasız silah və nəqliyyat vasitələrinin satışını qadağan edib

3 Oktyabr 2021 14:05 (UTC+04:00)

"Taliban" Əfqanıstanda lisensiyasız silah və nəqliyyat vasitələrinin satışını qadağan edib. SİA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda müvafiq sənədləri olmayan silah-sursat, habelə lisenziyasız nəqliyyat vasitələrinin alqı-satqısının qadağan edildiyi deyilir.

Müdafiə Nazirliyi qanunu pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini vurğulayıb.