Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib

3 Oktyabr 2021 12:01 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi türkdilli ölkələri 3 oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, nazirlik bu barədə özünün tvitterdəki səhifəsində təbrik yayıb.

“Bütün türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik”, - təbrikdə qeyd edilir.