Gürcüstanda daha 1 164 nəfərdə koronavirus aşkarlanıb

3 Oktyabr 2021 10:54 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 1 164 nəfərdə koronavirus aşkarlanıb, 33 pasiyent vəfat edib. SİA-nın məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID infeksiyasına yoluxanların sayı 617 753-ə, ölənlərin sayı isə 9 038-ə çatıb.

Ötən 24 saat ərzində 2 292, ümumilikdə isə 589 791 nəfər müalicə olunaraq sağalıb.