Rusiyada atışma olub, xəsarət alan var

3 Oktyabr 2021 09:44 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yerləşən kafelərdən birində atışma olub. SİA xəbər verir ki, bu barədə "Moskovskiy komsomoleç” bildirib.

Nəşrin məlumatına görə, hadisə Prişvina küçəsindəki "Kult" kafesində baş verib. Münaqişə iştirakçılarından biri, 42 yaşlı yerli sakin tapançadan atəş açaraq, 32 yaşlı kişini yaralayıb.

Zərərçəkən xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.