Botoks etdirmək qadağan edildi

2 Oktyabr 2021 11:32 (UTC+04:00)

İngiltərədə kosmetik səbəblərdən botoks və dodaq dolğuları qadağan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünəndən etibarən ölkədə qüvvədə olan qanunun məqsədi gəncləri qorumaqdır. İngiltərə Səhiyyə Nazirliyi, qanuna riayət edilməməsinin cinayət təqibi və cərimələrlə nəticələnə biləcəyini bildirib. Tibbi ehtiyac olarsa, botoks və dodaq dolğusu edilə bilər. Qanun İngiltərəyə xaricdən gələn və ya 18 yaşdan yuxarı birinin icazəsinə ehtiyacı olanları da əhatə edir.