"Facebook" yenidən qalmaqal yaradıb

1 Oktyabr 2021 18:19 (UTC+04:00)

"Facebook", son həftələrdəki yeniliklərdən ötrü daha çox ittiham və iddialarla gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Facebook"un bu yaxınlarda "WhatsApp" mesajlarını oxumaq və idarə etmək üçün xüsusi bir vahid qurduğu iddia edilib. "ProPublica"nın hesabatı bu baxımdan mübahisələrə səbəb olub. İndi "Facebook" başqa bir hadisə ilə yenidən gündəmə gəlib. ABŞ-da respublikaçı senator Ted Kruz, "Facebook"un məhsullarının uşaqlara və gənclərə mənfi təsirləri haqqında məlumatları ictimaiyyətdən gizlətdiyini və lazımi tədbirləri görmədiyini müdafiə edib.