İspaniyanın Kanar Adaları qruplarından biri olan La Palma adasında 19 sentyabrdan etibarən aktiv olan Kumbre Vieja yanardağından gələn lav, bir çox evi külə döndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu bölgə əhalisinin köçməsinə səbəb olub. Bölgədəki fəlakət əsnasında hər şeyi itirdiklərini düşünərək həyatlarına son qoymaq istəyənlərin olduğu iddia edilir.