Uzaq Şərqdə gərginlik getdikcə artır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin Xalq Respublikasının döyüş təyyarələri Tayvanın hava sahəsinə girib. Üstəlik, döyüş təyyarələrinin sayı tam olaraq 25-dir. Tayvan, Çin döyüş təyyarələrini izləmək üçün öz hava qüvvələrini işə salıb. Son dəqiqələrdə verilən məlumata görə, raket sistemi də işə salınıb.