Türk Hava Yolları (THY) İstanbul-Çikaqo reysində əri ilə birlikdə səyahət edən mərakeşli qadın təyyarədəki ekipaj üzvləri və həkimin köməyi ilə körpə oğlan uşağı dünyaya gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sentyabrın 27-də İstanbuldan havaya qalxan Türk Hava Yollarına məxsus təyyarədə əri və üç uşağı ilə səyahət edən mərakeşli bir qadın sərnişin uçuşun ortasında doğuş ağrısına düşüb. Kabin heyəti qadın sərnişini təyyarənin arxasına apararaq və doğum hazırlıqlarına başlayıb. Yerdən təxminən 10 min metr yüksəklikdə dünyaya gələn körpəyə Almahdi adı verilib.
Təyyarə Çikaqoya endikdən sonra ana və körpənin nəzarət məqsədi ilə xəstəxanaya aparıldığı bildirilib.