Rusiyada koronavirusdan gündəlik ölüm sayı rekord vurdu

1 Oktyabr 2021 12:35 (UTC+04:00)

Rusiyada koronavirusa gündəlik yoluxma ilə bağlı iyul ayından sonra ən yüksək göstərici qeydə alınıb, eyni zamanda ölüm halları dördüncü gün ard-arda rekord vurub.

SİA-nın məlumatına görə, oktyabrın 1-da Rusiyada 887 nəfər vəfat edib.

Buna qədər ən yüksək göstərici, 867 ölüm sentyabrın 30-da qeydə alınmışdı. Bugünədək Rusiyada koronavirusdan ölənlərin sayı 208 142 nəfərə çatıb.

Eyni zamanda, ötən gün Rusiyada 24 522 yeni yoluxma qeydə alınıb. Ölkədə yoluxanların sayı 7,53 milyon nəfəri ötüb.