İrəvan məhkəməsi Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin müstəntiqinin ölkənin silahlı qüvvələrinin silah təchizatçısı şirkətinin direktoru, “Silah baronu” ləqəbli David Qalstyanın iki aylıq həbsi ilə bağlı vəsatətini təmin edib.
SİA bu barədə onun onun vəkili Armen Arutunyanın erməni mətbuatına dediklərinə istinad edir.
O, vurğulayıb ki, həbs qərarını əsassız sayır və ondan şikayət edəcək.
Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silahlı qüvvələrin ehtiyacları üçün döyüş sursatlarının təchizatçı şirkətinin direktoru David Qalstyan daha əvvəl ayrıca külli miqdarda mənimsəmə, saxtakarlıq, 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi və digər cinayət əməllərində şübhəli bilinərək saxlanılıblar. Tonoyan iki aylıq həbs edilib.