ABŞ-ın Texas şəhərində yaşayan yapon memar Tadao Ando “Fort Worth” Müasir İncəsənət Muzeyi layihəsində sadə həndəsədən və minimum tikinti materiallarından istifadə edib.
SİA xarici saytlara istinadla xəbər verir ki, nəticədə qəribə bir mənzərə - muzeyin beş uzun pavilyonunun gölün su səthi boyunca üzən və əks olunan təəssüratı yaranıb.
Muzeydə, həmçinin müxtəlif sənət sahələrinin nümunələri öz əksini tapıb. Buraya pop sənəti, minimalizm, mücərrəd ekspressionizm, müasir fotoqrafiya və sair aiddir.