Qarabağ haqqında film nüfuzlu festivalda

1 Oktyabr 2021 00:43 (UTC+04:00)

Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan Kino Günlərinin açılışında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə istehsal etdiyi, Vətən müharibəsində şanlı zəfərinə həsr olunan "Biz" sənədli filminin təqdimatı keçirildi.

SİA xəbər verir ki, filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevdir.

"Biz" filmi Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir.

Qeyd edək ki, filmin prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçı Əsgər Rəhimovdur.