İkinci Dünya Müharibəsi əsnasında bir nasist konslagerində kütləvi qətlə kömək etməklə günahlandırılan 96 yaşlı Alman İrmqard Furchner, məhkəmənin ilk iclasından əvvəl qaçıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Stutthof toplama düşərgəsində katib işləyən və o zaman 18 yaşında olan Furchner, 11.412 adamın öldürülməsinə kömək etməkdə günahlandırılır. Məhkəmənin sözçüsü Frederike Milhoffer, Furchnerin bu gün başlayacaq məhkəmə prosesindən əvvəl qaldığı qocalar yataqxanasından qaçdığını təsdiqləyib və səhər tezdən taksi ilə metro stansiyasına getdiyini və itkin düşdüyünü bildirib. Milhoffer, məhkəmənin keçiriləcəyi Hamburqun şimalındakı Itzehoe bölgə məhkəməsi tərəfindən 96 yaşındakı Furchner üçün həbs qərarı verildiyini söyləyib.
O dövrdə Polşadakı Stutthof konsentrasiya düşərgəsində katib olaraq çalışan Furchner, İkinci Dünya Müharibəsi zamanı nasistlərin törətdiyi cinayətlərlə əlaqədar olaraq illər sonra mühakimə olunan ilk qadın olması baxımından əhəmiyyətlidir.