Rafael Cəbrayılovun ölüm səbəbləri nədir? "Yeni Klinika"dan açıqlama

30 Sentyabr 2021 13:24 (UTC+04:00)

"Yeni Klinika" həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı açıqlama yayıb. "Yeni Klinika"dan SİA-ya verilən məlumata görə, R.Cəbrayılov 60 saturasiya ilə xəstəxanaya daxil olub: "Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs olunmuşdu. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.