Azərbaycan və Çex xarici işlər nazirləri arasında görüş keçirilir

30 Sentyabr 2021 12:01 (UTC+04:00)

Ceyhun Bayramov və Çex Respublikasının xarici işlər naziri arasında təkbətək görüş keçirilir.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "twitter" səhifəsində məlumat verilib.

"Hazırda Azerbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çexiya xarici işlər naziri Yakub Kulhanek arasında təkbətək görüş keçirilir" - deyə, paylaşımda qeyd olunub.

Xatırladaq ki, Çex nazir bu gün Azərbaycana rəsmi səfərə gəlib. Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.