"Burak ilə birgə bir layihədə iştirak edə bilərik" - MƏŞHUR AKTRİSA DANIŞDI

30 Sentyabr 2021 11:09 (UTC+04:00)

Türkiyəli aktrisa Özgü Kaya ötən gün həmkarı və sevgilisi Burak Serdar Şenal ilə Zincirlikuyu Zorluda idi. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar SB Perakəndə sərgisində iştirak ediblər.

Təvazökarlığı və simpatiyası ilə diqqət çəkən Özgü Kaya, “Seriallardan və filmlərdən təkliflər var. Burak ilə birgə bir layihədə də iştirak edə bilərik" deyib.

Ayşən Vəli