“Google” şəkil və mətn sorğularının birləşdirilmiş axtarışını tətbiq edəcək

30 Sentyabr 2021 02:31 (UTC+04:00)

“Google” şirkəti süni intellektə əsaslanan yeni axtarış funksiyalarını təqdim edib.

SİA "RİA Novosti"-yə istinadən xəbər verir ki, yenilik şəkil və mətn sorğularının birləşdirilmiş axtarışının tətbiqidir.

“Önümüzdəki aylarda, gördüklərinizlə bağlı suallar vermək qabiliyyətinə malik yeni bir vizual axtarış üsulunu təqdim edəcəyik”, deyə şirkətin açıqlamasında bildirilib.