Peyvənd əleyhdarlarına qarşı çıxanların sırasına "YouTube" kanalı da qoşulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, kanal məzmunu peyvənd əleyhinə olan bütün videoları qadağan etmək qərarına gəlib.
Ancaq "YouTube" kanalı qərarını koronavirus peyvəndi ilə məhdudlaşdırmayıb. Qızılca və suçiçəyi kimi digər peyvəndləri hədəfə alan videolara da icazə verilməyəcək.
"Youtube"un Qlobal Təhlükəsizlik üzrə vitse-prezidenti Matt Halprin xəbər verib ki, artıq real addımlar da atılıb, bir neçə istehsalçı şirkətin çəksiyi videolar silinib.