Vətən Müharibəsi qəhrəmanı haqqında film çəkilir

29 Sentyabr 2021 00:51 (UTC+04:00)

Vətən Müharibəsi qəhrəmanı Vüqar Ağayev haqqında sənədli filmin çəkilişlərinə başlanılıb.

SİA xəbər verir ki, "Nova Gorica" kino mərkəzi "Euroclima" şirkətinin dəstəyi ilə II Qarabağ müharibəsində şəhid olan Vüqar Ağayev haqqında sənədli filmin çəkilişlərinə başlayıb.

Bakı və Qubadlı şəhərlərində həyata keçirilən filmin rejissoru Aydan Əhmədova, operator Rafiq Əliyev və Yağmur Firuz, bədii rəhbər Tahir Tahiroviç, prodüseri Aslan Abdullayevdir.

Film Qubadlının azad olduğu gün nümayiş etdiriləcək.