Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq

29 Sentyabr 2021 00:44 (UTC+04:00)

İngilis hərrac evi, 250 illik tarixi dövrü əhatə edən altı Osmanlı sultanının portretini satışa çıxaracaq.

SİA xəbər verir ki, auksion oktyabrın 28-də reallaşacaq.

Osmanlı sultanlarından Orxan Qazi, Sultan İldırım Bəyazid, İsa Çələbi, Çələbi Mehmed, I Səlim və II Səlimin portretlərindən ibarət əsərlərin satiş qiymətinin 2.8 milyondan çox olacağı qeyd edilir.

1579-cu ilin yanvarında çəkilməyə başlayan portretlər sentyabr ayında İstanbula göndərilibmiş. Portretlərin tərzinə görə Paolo Veroneze tərəfindən və ya rəhbərliyi altında çəkildiyi düşünülsə də, heç bir rəssamın imzası yoxdur.