Taliblər köhnə konstitusiyadan istifadə edəcəklər

29 Sentyabr 2021 00:27 (UTC+04:00)
Bir müddət əvvəl deyilmişdi ki, Taliban* hərəkatı gələn il yeni konstitusiyanın hazırlanması üçün komissiya qurmağı planlaşdırır.

Əfqanıstanda şəriətə zidd olan müddəalar istisna olmaqla, ölkənin sonuncu kralı Zahir Şahın dövrünün konstitusiyası tətbiq ediləcək. Bu barədə Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Abdul Hakim Şəriə bildirib.

Bu yaxınlarda Əfqanıstan müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid RİA Novosti-yə verdiyi müsahibədə ölkədə hakimiyyəti ələ alan Taliban* hərəkatının gələn il yeni konstitusiyasının hazırlanması üçün komissiya qurmağı planlaşdırdığını bildirib.