UEFA Çempionlar Liqası: “Beşiktaş” yenə məğlub oldu

28 Sentyabr 2021 23:14 (UTC+04:00)

Sentyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.

Turun erkən başlayan görüşlərin biri Niderlandda oynanılıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” klubu “Ayaks”ın qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə İtaliyanın "İnter" klubu səfərdə Ukraynanın "Şaxtyor" komandası ilə heç-heçə edib - 0:0.