Şabran rayonunda Anım Günü geniş şəkildə qeyd edilib - FOTOLAR

28 Sentyabr 2021 18:05 (UTC+04:00)

27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə Şabran rayonunda bir sıra tədbirlər həyata keçirilib. SİA xəbər verir ki, Şabran şəhərindəki Şəhidlər Xiyabanında rayon icra hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının aparat işçiləri, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Allahdan Şəhidlərimizə rəhmət,ailələrinə səbr diləyirik!

Anım Günü münasibətilə Şabran rayonunda bir sıra tədbirlər keçirilib. Şabran Rayon Mədəniyyət Mərkəzində "Xarıbülbül" pyesi tamaşaya qoyulub. Tamaşada Şabran rayon icra hakimiyyəti başçısı Asif Hüseynov, 54 saylı Şabran Siyəzən seçki dairəsindən seçilmiş millət vəkili Sadiq Qurbanov, YAP Şabran rayon təşkilatının sədri vəzifələrini icra edən Mehdi Balabəyov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bundan başqa rayonun Uzunboyad kəndində Uzunboyad, Rəhimli və Məliklər kəndlərindən olan şəhidlərin əziz xatirəsini yad etmək üçün inşa edilmiş Bulaq Abidə kompleksi və Parkın açlışı olub. Açılış mərasimində YAP Şabran rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Mehdi Balabəyov, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən seçilmiş millət vəkili Sadiq Qurbanov, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndəkəri iştirak ediblər.

Rəfiqə Hüseynova