YAP Xocavənd rayon təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər - FOTO

28 Sentyabr 2021 16:50 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ailələri ilə görüşlərini davam etdirirlər. SİA-nın məlumatına görə, bu görüşlər çərçivəsində şəhid kiçik çavuş Balakişiyev Qara Əmirxan oğlunun ailəsi ziyarət olunub. Görüş zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən bəhs edilib. Bildirilib ki, şəhid Balakişiyev Qara kimi qəhrəmanlarımızın xatirəsi hər zaman yaddaşlarda qalacaq.

Şəhid ailəsinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Balakişiyev Qara 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olub. Ölümündən sonra Balakişiyev Qara Əmirxan oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.